MENÜ

24 Aralık 2014 Çarşamba


    Mövzunun aktuallığı. 1299 - cu ildə yaranaraqformalaşan Osmanlı dövləti I Dünya Müharibəsindən sonra Qərb imperialist dövlətlərinin ölkə ərazilərini öz aralarında parçalayaraq Türkiyəni bir dövlət olaraq yer üzərindən silmək siyasətlərinə qarşı Mustafa Kamal Paşa Atatürk tərəfindən, 1919 - cu ildə başlanan milli -azadlıq müharibəsinin nəticəsi olaraq sultanlı xilafəti1923 - cü ildə Respublika üsul-idarəsi ilə əvəz edilmiş oldu.
    Osmanlı üsul - idarəçiliyinin süqutunu reallaşdıran I Dünya müharibəsindən qalib çıxmış Antanta imperialist dövlətlərinə qarşı aparılan mübarizə nəticəsindəmüstəqilliyini və respublika quruluşunu elan etmişTürkiyə Respublikası daxili siyasətində xalqların dinc yaşaması üçün respublika quruluşunu formalaşdırmış,xarici siyasətində isə Avropaya inteqrasiya edərək Qərbdəyərlər sisteminə uyğunlaşmağı, qonşu və region dövlətləri ilə dinc yanaşı yaşamağı qarşısına bir məqsəd olaraq qoymuşdu.
      Türkiyə Respublika quruluşunun ilk illərindəndövlət sərhədləri daxilində yaşayan xalqlara birgə, demokratik dəyərlər daxilində yaşamaq modelini tətbiq etmişdir ki, məhz bu modelin həyata keçirilməsinin ilkin addımları özünü ölkə daxilində bu və ya digər xalqların Respublika ərazisində dinc yanaşı yaşama və inkişaf etmə siyasətində müəyyən mənada göstərir. Bu mənadaTürkiyə Respublikasının mövcud olduğu yüz ilə yaxınbir dövrdə sosial - iqtisadi, siyasi və mədəni dəyərlərininmüxtəlif islahat və modellərə əsasən inkişaf etdirilməsi diqqəti cəlb edən vacib məsələlərdən biri olmaqla XXəsrin 80 - 90-cı illərində Turqut Özalın baş nazir və ölkə prezidenti olduğu dövrlərdə ölkə iqtisadiyyatının vəsiyasətinin həyata keçirilmiş çevrilişdən sonrakıinkişafının hansı islahatlar yolu ilə irəliləməsinin elmi cəhətdən araşdırılaraq tədqiq edilməsi mövzunun elmi müstəvidə aktuallığını üzə çıxaran vacib məsələlərdənbiri olmaqla, onun magistr dissertasiyası səviyyəsindətədqiq edilərək araşdırılmasını ön plana çıxır.
      Bu gün Türkiyə Respublikasının dünyada öz sözünü deyə biləcək bir gücə çevrilməsi, onun bir çox münaqişə və problemlərin həllində öz mövqeyini ortaya qoyması və beynəlxalq münasibətlərin söz deyə bilənlərinin onunla hesablaşmalı olması, XX əsrin ilk illərindən başlayaraq Türkiyə Respublikasını və onun daxilində həyata keçirilən islahat və prosesləri daha dərindən öyrənməyə və onlarla yaxından tanış olmağasövq edir.
     Türkiyə Respublikasının tarixən problemli münaqişələrlə zəngin bir ərazi olması səbəbindən onun dövlət sərhədləri çərçivəsində yaşayan xalqların 80-ci illərdən Turqut Özal tərəfindən formalaşdırılan Türkiyəmodelində öyrənilməsi və ölkə daxili, həmçinin xaricində qurulmuş müxtəlif səviyyədə olan əlaqələrin elmi cəhətdən araşdırılması xüsusi əhəmiyyət daşıyır. Bu prizmadan yanaşdıqda Turqut Özalın hakimiyyətdətəmsil olunduğu illərdə həyata keçirilən islahatların müsbət və mənfi mənada Türkiyə cəmiyyətinə şamil edilməsi və Türkiyə Respublikası modelində Turqut Özalın tərəfindən həyata keçirilən islahatların yeri vərolunun araşdırılması əhəmiyyətli məsələlərdən birihesab edilməklə məhz tədqiqat işində bu problemin araşdırılması mövzunun aktuallığını əks etdirir.
     Yuxarıda sadalanan firirlər və mövzunun elmi tərəfdən araşdırılması mağistr dissertasiyası işininaktuallığını şərtləndirən əsas amillərdən sayılır. XX əsrin 80-ci il 12 sentyabr çevrilişindən sonra   baş nazirseçilmiş Turqut  Özal  dövründə  Türkiyə Respublikasının sosial-iqtisadi cəhətdən formalaşması,iqtisadi və siyasi sahədə həyata keçirilən islahatlarınfəaliyyət dairələri, Türkiyə tərkibində onların yeri və rolu məsələlərinin öyrənilməsi  tədqiqatın obyektinitəşkil edir.

Hiç yorum yok:

Yorum Gönder