MENÜ

24 Aralık 2014 Çarşamba


          Tədqiqatın predmeti. XX əsrin 80-90-cı illərində Türkiyə Respublikası modelində həyata keçirilən islahatların yerini, onlara 1982-ci il Konstitusiya ilə verilmiş hüquq  vəzifələr, Turqut  Özalın həyata keçirtdiyi ölkədaxili və ölkəxarici siyasət və onun gələcək perspektivləri, bu siyasətin XIX əsr Türkiyə Respublikası ilə qarşılıqlı münasibətlərə təsirini öyrənməkdən ibarətdir.
          Tədqiqat işində həmçinin Türkiyə Respublikasının ölkə daxili ilə bərabər xarici siyasətdə qonşu dövlətlərlə mövcud əlaqələrin nizamlanması və bu fəaliyyətinsəmərəliliyinə təsir edən amillərin məcmusu da araşdırılan tədqiqat işinin daxilində öz əksini tapmışdir.
        Tədqiqatın məqsədi. Magistr işini əsas məqsədiTurqut Özal dövründə  Türkiyə Respublikasında iqtisadi və siyasi sahədə  həyata keçirilən islahatlar modelindəölkənin hərtərəfli inkişaf etdirilməsini nəzərə alaraq, mövcud qeyd edilmiş dövrdə həyata keçirilmiş buislahatların perspektivlərini bir məqsəd olaraq tədqiq etməkdən ibarətdir.
    Tədqiqatın vəzifələri. Tədqiqatın yuxarıda qeyd edilən məqsədlərini nəzərə alaraq, işin kompleks vəhərtərəfli tədqiq edilməsi məqsədilə aşağıdakı vəzifələr müəyyənləşdirilmişdir:
1.İslahata qədərki dövrdə Türkiyənin daxilində yaranmış iqtisadi və siyasi vəziyyəti nəzərdən keçirtmək;
2.Türkiyə Respublikasında yaşayan xalqlarınsosial, siyasi, iqtisadi və mədəni vəziyyətlərini araşdırmaq;
3.XX əsrin 80-ci illər çevrilişinə qədərki Türkiyənin daxili və xarici vəziyyətini tədqiq etmək;
4.Müasir mərhələdə dünya birliyində Türkiyə Respublikasının yerini, ölkə daxilində əhaliyə verilmiş hüquq və azadlıqları, vəzifələri araşdırmaq, Türkiyənin xüsusi olaraq Azərbaycan Respublikası ilə əlaqələrini öyrənmək;
5. Sözügedən respublikanın daxili və xarici siyasətlərini təhlil etmək;
6.Türkiyə Respublikasının yürütdüyü siyasi və sosial-iqtisadi siyasətinin qarşılıqlı münasibətlərə təsirini öyrənmək.
          Tədqiqatın metodoloji əsası. XX əsrin 80 - ci ilçevrilişindən sonra  Turqut Özal  dövründə  Türkiyə Respublikasının sosial - iqtisadi  cəhətdən formalaşması, iqtisadi və siyasi sahədə həyata keçirilən islahatlarınaraşdırılmasının nəzəri əhəmiyyəti ondan ibarətdir ki, tədqiqat nəticəsində əldə olunan yeni - yeni məlumatlarTürkiyə Respublikası ilə bağlı biliklərimizi artıraraqgenişləndirə bilər. Tədqiqatın metodoloji əsası dialektik, məntiqi, müqayisəli - hüquqi, tarixi, həmçinin XX əsrin80 - 90-cı illərdə iqtisadi və siyasi sahədə  həyata keçirilən islahatlar modeli Türkiyəsində həyata keçirilən islahatların tədqiq edilməsində sistemli, proqnoz və analiz metodlarından istifadə olunması təşkil edir. Bu metodlardan istifadə etmək tədqiqat işinin daha da səmərli aparılmasındaha geniş şərait yaratmışdır.
        vzunun elmi yeniliyi.  Turqut  Özal  dövründə  Türkiyə Respublikasında sosial - iqtisadi və siyasisahədə həyata keçirilən islahatların həyata keşirilməsinətam nəzarət edilsi, Türkiyə Respublikasının daxili vəxarici siyasətinin əsas prioritet istiqamətlərindən biridir. Qeyd edilən faktorları nəzərə alaraq, Türkiyə modelində80-ci il çevrilişindən sonra ölkədəki siyasi  iqtisadivəziyyətin elmi cəhətdən öyrənilməsi, müasir dövrdəTürkiyə Respublikasının 80 - 90-cı illərdə iqtisadi və siyasi sahədə  həyata keçirilən islahatlar siyasətinin əsasıhesab edilir. Tədqiqat işində ilk dəfə olaraq Türkiyəmodelində islahatların həyata keşirilməsinin yeri, onlara ölkə konstitusiya ilə verilmiş hüquq və vəzifələr,çevrilişddən sonrakı müvəqqəti hökumət rolunu oynayan Milli Şura və Turqut  Özal kabineti, həmçinin onunprezidentliyi dövründə yürüdülən siyasət kompleks şəkildə öyrənilmişdirTədqiq olunan mövzunun elmi yeniliyi həmçinin özünü Türkiyə Respublikasının sosial- siyasi və iqtisadi siyasətinin hərtərəfli şəkildə magistrdissertasiyası çərçivəsində elmi dövriyyəyə gətirilməsində  əks etdirir.
         dqiqat işinin elmi və praktiki əhəmiyyəti.Turqut  Özal  dövründə  Türkiyə Respublikasının sosial -iqtisadi  və siyasi vəziyyəti məsələlərinin elmi cəhətdən öyrənilməsi və onların fəaliyyətinin araşdırılmasına aid olan buraxılış işi mühüm elmi - praktik əhəmiyyətə malikdir. Qeyd etmək lazımdır ki, Turqut Özal  dövründə  Türkiyə Respublikasının sosial - iqtisadi  və siyasi vəziyyəti probleminin elmi cəhətdən öyrənilməsi ilə bağlı elmi araşdırmalar hələ ki, öyrənilmə səviyyəsindədir. Türkiyə Respublikasının sosial - iqtisadi və siyasi vəziyyəti məsələlərinin öyrənilməsininmüstəsna yeri və rolunu nəzərə alaraq, hazırki dövrdəTürkiyə Respublikası daxilində bu gün  formalaşmış olan mövcud vəziyyətin araşdırılması  bu əlaqələringünün tələblərinə uyğun obyektiv qiymətləndirilməsi mühüm əhəmiyyətə malikdir. Tədqiqatın praktikiəhəmiyyəti isə ondan ibarətdir ki, Türkiyəşünaslıqixtisasında təhsil alan tələbələr gələcəkdə bu magistr dissertasiyası işindən dərs materialı, gələcək elmi tədqiqat işlərində, elmi və pedaqoji fəaliyyət sahələrində istifadə edə bilərlər.
          Tədqiqat mövzusunun işlənmə dərəcəsi.Tədqiqat zamanı Azərbaycan, türk, xarici, rus və digər ölkə tarixçilərinin, beynəlxalq münasibətlər və region ölkələri xüsusilə də Türkiyə Respublikasının tarixi, siyasi, iqtisadi və mədəni həyatı ilə yaxından məşğul olan mütəxəssislərin əsərlərindən mütəmadi olaraq istifadə olunmuşdur. Qeyd etmək lazımdır ki, mövzu bu günə qədər mütəxəssislər tərəfindən tam olaraq kompleks şəkildə tədqiq olunmamışdır. Belə ki, bu məsələ qismən və müəyyən istiqamətlərlə bir sıra alimlərin tədqiqatlarında işıq üzü görmüşdür ki, bunlardan: Türkiyə Respublikasının xalqlarıi, o cümlədən bu və ya digər eynik qrup və xalqların Türkiyə Respublikasının ictimai-siyasi,  sosial-iqtisadi həyatındaiştirakı, müasir Türkiyə daxilində cəmiyyətin inkişafının əsas istiqamətləri və perspektivləri, mövcud ziddiyyətlərvə onların aradan qaldırılması yolları və s. ilə bağlı məsələlər tədqiqatçılar arasında davamlı müzakirə obyektinə çevrilməmişdir. Buraxılış işinin yazılmasında azərbaycan və türk müəlliflərindən C.H.Kərimov, A.Orucov, Rüstəmov.Y.İ, Armaoğlu, F Теpfiк Çаvdаr və digərlərinin yazdıqları “Türk ictimai fikir tarixi haqqında mülahizələr”, “Turqut Özalın İktisadi Reformları, Siyaset, İktisat, Zihniyet”, “Cumhurbaşkanı  Turqut  Özalın  İzmir  Ticaret  OdasındakiKonuşmaları” həmçinin Azərbaycan siyasi elmində  Azərbaycan Türkiyə münasibətlərinə həsr olunmuş bir sıra sanballı tədqiqat işləri yazılmışdır ki, onların sırasında Ə.Həsənovun “Müasir beynəlxalq münasibətlər və Azərbaycanın xarici siyasəti” tədqiqat əsərləri xüsusilə qeyd olunmalıdır.
Qeyd etmək lazımdır ki, bir sıra alimlərinin fikrinə əsasən Türkiyə Respublikası ilə Azərbaycan Respublikası arasında siyasi, iqtisadi və mədəni sahədə mövcud əlaqələrin nizamlanmasında və inkişafında Turqut  Özalın mövcud fəaliyyəti aparıcı rola malikdir. Türkiyə və Azərbaycan Respublikası ilə bağlı məsələləri həll etməyə çalışmaq, nəinki Türkiyə Respublikasınınidarə olunması prosesinə kömək edər, hətta onların sonrakı gələcək inkişafına müsbət təsir göstərə bilər.
Müasir dünyada Türkiyə Respublikası ilə Azərbaycan Respublikası arasında siyasi, iqtisadi, mədəni və təhlükəsizlik sahəsində mövcud əlaqələrin nizamlanması və inkişafı naminə müasir həyatımızda cərəyan edən hadisələrin inkişaf yollarını tapmaq, ümumi tendensiyaları aşkara çıxarmaq, siyasi, iqtisadi, mədəni və təhlükəsizlik sahəsində qüvvələr balansını müəyyən etmək kimi vəzifələrini qarşımıza  bir  məqsəd  olaraq  qoymuşuq. Bütün bu sadalananlar isə yalnız güclü Türkiyə Respublikasının mövcudluğu  və onun türk dövlətləri ilə sıx əlaqələri nəticəsində  həyata keçirilə bilər.
           Tədqiqatın nəticələrinin aprobasiyası. Tədqiqat işinin əsas müddəaları aşağıdakı formada aprobasiyadankeçmişdir:
           1. Turqut ÖzalIın siyasi və iqtisadi islahatları
           2. Türkiyə Respublikasının  1980 - 1993 - cu illərdə iqtisadi siyasəti
           Tədqiqat işinin strukturu. Tədqiqat işininstrukturu tədqiqat işində qarşıya qoyulan məqsəd və vəzifələrə uyğun olaraq müəyyən edilmişdir. Dissertasiya işi giriş, iki fəsil, nəticə və istifadə  edilmiş ədəbiyyat siyahısından ibarətdir.



Hiç yorum yok:

Yorum Gönder